Azad edilmiş ərazilərdə daha 145 mina, 417 PHS aşkarlanıb

  • Müəllif: Firuzə
  • 25 Avqust 2025 13:06

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.08.2025 – 24.08.2025) açıqlanıb.

ANAMA-dan Gununsesi.info-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 124 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 417 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1459,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə daha 145 mina, 417 PHS aşkarlanıb

 

Gununsesi.info