Kamçatkada 6 ballıq zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2025 16:18

Rusiyanın Kamçatka bvilayətində 6,0 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Maqnituda: 6,0… Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin hesablama): 3”, – məlumatda deyilir.

Seysmoloqların məlumatına görə, mənbə 18,2 km dərinlikdə yerləşib.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib.

 

Gununsesi.info