“Qarabağ”la oyuna biletlərinin qiyməti 40-60 avrodur

  • Müəllif: Admin08
  • 03 Sentyabr 2025 22:42

UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.

Qeyd edək ki, “Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının 1-ci turunda üz-üzə gələcək. Oyun sentyabrın 16-da, saat 23:00-da start götürəcək.