Pensiya ilə xaricdə yaşamaq olar?

Pensiya yaşı, ümumilikdə pensiya məsələləri cəmiyyətdə müzakirə olunan aktual məsələlərdəndir.

Məsələn, maraqlıdır, pensiya alan şəxs Azərbaycanda pensiya ala-ala daimi şəkildə başqa ölkədə yaşamaq istəyirsə, məsələ necə tənzimlənir?

Bu, ümumiyyətlə mümkünmü? Yoxsa burada daimi qeydiyyatda olmaq məcburidir?

Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya deyib:

“Azərbaycanda pensiya hüququ əldə etmisinizsə, bu pul bank kartı ilə ödənilir. Kartınızı götürüb xaricə köçsəniz də, texniki cəhətdən vəsaiti çıxarmaq mümkündür. Lakin hüquqi baxımdan uzun müddət xaricdə yaşadığınız halda, DSMF-yə bunu bildirməli, bəlkə də, müəyyən formal prosesdən keçməlisiniz. Xüsusi ikitərəfli sosial təminat müqavilələri olan ölkələrdə rəsmiləşdirmək asandır. Dəqiq şərtlər üçün istənilən halda məsələ DSMF ilə həll olunmalıdır”.

 

Günay
Gununsesi.info