KİV: Almaniya Polşa sərhədinə qırıcı təyyarələr göndərəcək

  • Müəllif: Admin08
  • 12 Sentyabr 2025 22:38

Almaniya  Şərqi Avropa üzərində hava patrullarını genişləndirmək üçün pilotsuz təyyarə insidentindən sonra Polşa sərhədinə iki Eurofighter təyyarəsi yerləşdirəcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Məlumata görə, Şərqi Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Polşa ilə sərhədə iki Eurofighter qırıcısı göndərilib.