Rusiyada təyyarə qəzası - Pilotlar öldü

Rusiyanın Moskva vilayətində “Superjet” təyyarəsi qəzaya uğrayıb. 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, təyyarə əsaslı təmirdən sonra sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Təyyarədə sərnişin olmasa da, göyərtədə olan 3 pilot həlak olub.

Nəqliyyat vasitəsinin “Gazpromavia” aviaşirkətinə məxsus olduğu bildirilir.