AB səfirləri razılığa gələ bilmədilər

Avropa Birliyi səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyiblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Politiko” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Slovakiya Baş naziri Robert Fitso 14 oktyabrda AB-nin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, ittifaq öz daxili problemlərini həll edə bilmədiyini bu məsələ ilə ört-basdır edir. AB avtomobil sənayesindəki böhran və enerji daşıyıcılarının qiymət artımı ilə bağlı Avropa Komissiyasına siyasi göstərişlər verməyənədək Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsində iştirak etmək istəmir”, – nəşr yazıb.

Məsələ 17 oktyabrda yenidən müzakirəyə çıxarılacaq.

 

Gununsesi.info