Abış Əliyevə yeni ittiham elan olunub - 77 MİN MANAT MƏNİMSƏYİB

  • By admin
  • 06 Mart 2024 12:39

Gununsesi.info Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və vitse-spiker Adil Əliyevin qardaşı oğlu Abış Əliyevin həbsi barədə yeni təfərrüatlar əldə edib. 

Araşdırmamız zamanı məlum olub ki, Abış Əliyevin həbsi yeni baş verməyib.

Belə ki, xeyli müddət əvvəl həbs edilən və barəsində məhkəmə hökmü çıxarılan Abış Əliyev hazırda cəzaçəkmə müəssisəsinə köçrülüb.

İki gün əvvəl isə Abış Əliyevə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən başqa bir epizod üzrə yeni ittiham elan olunub.

Məlumatda bildirilir ki, Abış Əliyevin yeni ittihamı da Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsinə tövsif edilib.

İttihamda Abış Əliyev başqalarının  77 min manatını dələduzluq yolu ilə ələ keçirməsindən bəhs olunur. 

Məsələ ilə bağlı Əliyevlər ailəsindən münasibət bildirilməyib.

 

Elmar

Gununsesi.info