ABŞ prezidenti Co Bayden Avropa İttifaqı liderləri ilə onlayn videogörüş keçirib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Çin, Rusiya və Türkiyə ilə bağlı Brüssellə Vaşinqtonun ortaq siyasəti müzakirə edilib.
Co Baydenin Ankara-Moskva yaxınlaşmasından narahatlığını da ifadə edib.
“Co Bayden Türkiyənin demokratiyadan uzaqlaşması və Ankara ilə Rusiyanın daha sıx təmasından narahat olub”-deyə Bloomberg agentliyi qeyd edib.
Gununsesi.info