ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban

  • Müəllif: Firuzə
  • 08 Noyabr 2025 11:53

ABŞ Macarıstanda “Rosatom” tərəfindən layihələndirilən “Pakş-2” atom elektrik stansiyasının (AES) tikintisinə qarşı sanksiyaları tamamilə ləğv edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra açıqlayıb.

“Pakş-2”yə qarşı sanksiyalardan güzəşt uzadılmayacaq. Əvvəllər tətbiq edilən bu sanksiyalar tamamilə ləğv ediləcək. Buna görə də, amerikalıların Pakşda atom elektrik stansiyasının ikinci mərhələsinin tikintisinə heç bir etirazı yoxdur”, – baş nazir bildirib.

 

Gununsesi.info