ABŞ-da keçiriləcək seçki ərəfəsində Yerə asteroid yaxınlaşacaq

  • Müəllif: admin
  • 23 Avqust 2020 16:02

Yerə nömrəsi 2018VP1 olan kiçik asteroid yaxınlaşacaq.

Gununsesi.info xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.

Asteroidin diametri 2 metrdən 4 metrə qədərdir. Bildirilib ki, 3 noyabrda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.

Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək.

Asteroid “Apollonlar” qrupuna aiddir və 2018-ci ildə kəşf edilib.

 

 

Gununsesi.info