ABŞ-da məktəbdə atışma: Ölən var

  • By admin
  • 14 Avqust 2021 09:02

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerq şəhərində atışma olub. Hadisə orta məktəblərdən birində qeydə alınıb.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, insident nahar vaxtı iki məktəbli arasında baş verib. Belə ki, yeniyetmələrdən biri atəş açıb, nəticədə 13 yaşlı oğlan həyatını itirib.

Atəş açan şəxs saxlanılıb. Polis cinayətin səbəbini və yeniyetmənin silahı necə əldə etdiyini araşdırır.