ABŞ-da vəkil Mark Zukerberq, şəxsi və biznes Facebook hesablarının dəfələrlə bloklanmasına görə Meta-nı məhkəməyə verib.
Bu barədə Gununsesi.info “New York Post” -a istinadən xəbər verir.
Məlumata əsasən sosial şəbəkədə Zukerberq özünü platformanın qurucusu Mark Zukerberq kimi təqdim edib.
Indiana ştatından olan vəkil 15 il ərzində şəxsi hesabı beş, şirkət səhifəsi isə dörd dəfə bloklanıb. Reklam üçün ayırdığı 11 min dollar itdikdən sonra ədaləti məhkəmə yolu ilə axtarmağa qərar verib.
Zukerberq bildirib ki, hesabının səhvən bloklanması onun biznesinə zərər vurub və şəxsiyyətini sübut etmək üçün foto, sürücülük vəsiqəsi və kredit kartları göndərməli olub.
Meta məsələni qəbul etdiyini və araşdırdığını açıqlayıb. Sosial şəbəkə nümayəndəsi bildirib ki, başqa bir Mark Zukerberq hesabı artıq bərpa olunub və hesabın səhvən söndürülməsinin təkrarlanmaması üçün tədbirlər görüləcək. Zukerberq isə adının məşhur CEO ilə oxşarlığının bəzən üstünlük gətirdiyini, lakin şəxsi həyatında problemlər yaratdığını əlavə edib.
Firuzə












