ABŞ-dan türkləri qətlə yetirənlərə qarşı ŞOK HƏMLƏ

  • By admin
  • 16 Fevral 2021 13:47

ABŞ Suriyadakı PKK/PYD terror təşkilatı bölgəsinə hərbi karvan göndərib.

Gununsesi.info xəbər verir ki, terrorçulara silah daşıyan yük maşınları Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində görüntülənib.

“Sputnik” karvanın İraqdan Suriyaya giriş etdiyini, Deyr-əz-Zor şəhərindəki Əl-Ömər neft sahəsinə silah, avadanlıq və logistika təchizatı daşıdığını vurğulayıb.

Suriyanın SANA rəsmi informasiya agentliyi ABŞ-ın buradakı işğalını qüvvətləndirməyi planlaşdırdığını yazıb. Agentlik Haseki vilayətinin cənub-şərqindəki 2 ABŞ hərbi helikopterinin Əl-Şəddadi bazasına enərkən görüntüləndiyini bildirib. Helikopterlər 25-ə yaxın ABŞ əsgərini götürərək şərqə – İraq sərhədinə yaxın yerə aparıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi ötən həftə ölkəsinin Suriyada 900 əsgəri olduğunu açıqlamışdı.

Xatırladaq ki, ötən həftə PKK Kandillidə 2015-16-cı illərdə girov götürdüyü 13 türk vətəndaşını qətlə yetirmişdi.

Gununsesi.info