ABC News-un verdiyi məlumata görə, ABŞ-ın Ohayo ştatındakı həbsxanaya ildırım düşməsi nəticəsində ən azı 16 məhbus yaralanıb.
Gununsesi.info xəbər verir ki, jurnalistlərin verdiyi məlumata görə, hadisə avqustun 11-i axşam saatlarında Qrafton həbsxanasında baş verib. İlkin məlumatlara görə, məhbuslar şam yeməyindən sonra kameralarına qayıdarkən ildırım düşüb.
Məlumatda deyilir ki, “16 nəfər xəstəxanaya yerləşdirilib”.
Xəsarət alanlardan birinin təcili yardım təyyarəsi ilə xəstəxanaya aparıldığı dəqiqləşdirilir.
Maqsud












