“The Wall Street Journal ” (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ ordusu İrana qarşı əməliyyat zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketindən istifadə edib.
Gununsesi.info xəbər verir ki, nəşr həmçinin Vaşinqtonun Patriot və Terminal High Altitude Area Defense (THAAD) sistemləri də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş 1500 ilə 2000 arasında vacib raket xərclədiyini bildirib.
Nəşr ehtiyatların doldurulmasının altı ilə qədər vaxt apara biləcəyini vurğulayır. Məqalədə deyilir ki, nəticədə ABŞ administrasiyası gələcək böhranlar üçün əməliyyat planlarının yenidən nəzərdən keçirilməsi imkanlarını müzakirə etməyə başlayıb.
Jurnalistlər bəzi Amerika rəsmilərinin mövcud vəziyyəti nəzərə alaraq, Çinlə münaqişə halında ABŞ-ın Tayvanı müdafiə etmək planlarını tam şəkildə həyata keçirmək qabiliyyətinə şübhə ilə yanaşdıqlarını aşkar ediblər. Lakin nəşrin müəllifləri bunun yalnız qısamüddətli ssenari olduğunu aydınlaşdırıblar.
Maqsud












