ABŞ kəşfiyyatı Eldar Mahmudovun maliyyə cinayətini aşkar edib - ŞOK

  • By admin
  • 24 Sentyabr 2020 10:01

Keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun oğlunun gizli işlərinin sirri açılıb.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan gizli pul köçürmələri aşkarlayıb.

ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova bağlı olan firmaya Rusiyadan şübhəli pul köçürmələrini aşkar edib.
Söhbət milyonlarla dollardan gedir.

FinCEN sənədlərin birinə əsasən ABŞ malliyyə kəşfiyyatı Eldar Mahmudovun oğluna bağlı olan offşor firmanın Rusiyanın mobil rabitə operatoru MTS-dən 2014-2015-ci illərdə milyonlarla dollar aldığını göstərir . Araşdırmada deyilir ki, Eldar Mahmudovun ailə üzvləri onun vəzifədə olduğu dövrdə nəhəng sərvətlər əldə ediblər. Onun övladları Böyük Britaniyada, İspanyada , İsveçrədə çoxsayılı daşınmaz əmlaka , habelə bir çox ölkələrsə biznes aktivlərinə malikdir. Mahmudovun ailə üzvlərini biznesi Ceyman National Bank-ın sənədlərinin araşdırmaçı jurnalistlərinin əlinə keçməsi nəticəsində üzə çıxmışdır.

Gununsesi.info