ABŞ Maliyyə Naziri Çinlə bağlı: "Nə vaxtsa razılaşma əldə oluna bilər"

  • By Admin2
  • 15 Aprel 2025 11:08

ABŞ Maliyyə Naziri Scott Bessent, Çinlə davam edən tarif gərginliyi ilə bağlı “Bir nöqtədə böyük bir razılaşma əldə edilə bilər” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bessent ABŞ və Çin iqtisadiyyatlarının bir-birindən ayrılmasının lazım olmadığını bildirib.

Bessent Bloomberg TV-yə açıqlamasında “Bir nöqtədə böyük bir razılaşma əldə edilə bilər” dedi və əlavə etdi: “Ayrımaq məcburiyyətində deyilik, lakin bu, bir ehtimaldır.”

Çinlə razılaşmanın digər ölkələrlə müqayisədə daha çətin olacağını vurğulayan Bessent, “Çünki Çin həm ən böyük iqtisadi rəqibimiz, həm də ən böyük hərbi rəqibimizdir” deyib.

Tramp administrasiyasının tətbiq etdiyi yüksək tariflərə toxunan Bessent, “Bunlar zarafat deyil. Bu rəqəmlər böyükdür və məncə heç kimin bu səviyyələrin qalıcı olmasını istəmədiyini” söylədi.

Ümumi məlumat: ABŞ və Çin arasında Trampın başlatdığı tarif müharibəsi ilə bağlı gərginlik davam edir. Qarşılıqlı tariflər tətbiq edilərkən bəzi məhsullar üçün müvəqqəti güzəştlər elan edilib və tərəflər yeni sanksiyalar üzərində işləyirlər.

Orxan

Gununsesi.info