ABŞ narkotik gəmilərini vurdu: 11 nəfər öldü

  • Müəllif: Firuzə
  • 17 Fevral 2026 23:02

ABŞ narkotik qaçaqmalçılarına məxsus gəmilərə zərbələr endirib.

Gununsesi.info  xəbər verir ki, ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılığında istifadə edilən üç gəmiyə zərbələr endirib. Nəticədə 11 nəfər həlak olub.

ABŞ Silahlı Qüvvələrinin X platformasındakı açıqlamasına görə, kəşfiyyat məlumatları gəmilərin narkotik daşınmasında tanınmış marşrutlarla hərəkət etdiyini və qeyri-qanuni əməliyyatlarda iştirak etdiyini təsdiqləyib.

Gununsesi.info