“ABŞ-Rusiya münasibətlərində gərginlik yeni mərhələyə keçib” -SİYASİ EKSPERT

“Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və Rusiya arasında münasibətlər artıq kəskinləşib. Budapeşt görüşü Vaşinqton tərəfindən ləğv olunub, çünki Rusiya güzəştlərə getməməkdə israrlıdır”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib:

“Hazırda ABŞ və Rusiya liderlərinin görüşü gözlənilmir. Rusiya Ukraynada hərbi aktivlik göstərir, ABŞ isə mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşlər planlaşdırır, bu isə iki tərəf arasında yeni siyasi böhrana səbəb olub.

Bir neçə gün əvvəl Sergey Lavrov da bu məsələyə sərt münasibət bildirərək, belə bir görüşün mümkün olmadığını vurğulayıb. Ekspertlərin fikrincə, hazırkı mərhələdə ABŞ və Rusiya arasında diplomatik danışıqlar vasitəsilə gərginliyi azaltmaq çətindir.

Eyni zamanda, ABŞ-ın Rusiyanın geri addım atmayacağını, Rusiyanın isə ABŞ-ın əvvəlki siyasətinə etibar etmədiyini bildirir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ-Venesula və ABŞ-İran münasibətlərində də gərginlik mövcuddur.

“Beləliklə, Rusiya və ABŞ həm Mərkəzi Asiya, həm də Venesula arealında münasibətlərini ciddi böhrana sürükləyir”-deyə o əlavə edib.

Şəbnəm 

Gununsesi.info