ABŞ Rusiyanın bunu etdiyini təsdiqlədi

  • By admin
  • 20 Mart 2022 10:47

ABŞ Rusiyanın Ukraynadakı döyüş əməliyyatları zamanı “Kinjal” hipersəs raketlərindən istifadə etdiyini rəsmən təsdiqləyib. Bildirilir ki, bu, döyüş əməliyyatları zamanı belə raketlərdən istifadə ilə bağlı qeydə alınan ilk hadisədir.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumdur ki, hiperhəs raketlər saatda 6000 km-ə qədər sürət yığa bilir ki, bu da səs sürətindən 5 dəfə yüksəkdir. Onun xüsusiyyətləri aşağı uçuş trayektoriyası və manevr qabiliyyətidir. Bütün bu amillər peyklər və xüsusi radarlar vasitəsilə hipersəs raketlərinin aşkarlanmasını çətinləşdirir.

Rusiya Müdafiə Nazirliyi martın 19-da müharibədə “Kinjal” raketlərinin istifadə edildiyini açıqlayıb.

Gununsesi.info