ABŞ prezidenti Co Bayden (Joe Biden) təsdiq edib ki, Vaşinqton hazırda Ukraynaya Bradley piyadaların döyüş maşını (PDM) verilməsini nəzərdən keçirir.
Gununsesi.info ABŞ mediasına istinadən bildirir ki, Kentukki ştatında səfərdə olan Bayden “Ukraynaya Bradley PDM-i veriləcəkmi” sualına “Bəli” cavabını verib.
Prezident bu maşınların Ukraynaya nə vaxt çatdırılacağı və başqa məsələlər barədə təfərrüata varmayıb.
Güclü atəş vasitələri ilə silahlandırılmış Bradley zirehli maşınından ABŞ ordusu 1980-ci illərin ortalarından bəri istifadə edir.
ABŞ prezidenti Co Bayden (Joe Biden) təsdiq edib ki, Vaşinqton hazırda Ukraynaya Bradley piyadaların döyüş maşını (PDM) verilməsini nəzərdən keçirir.
Kentukki ştatında səfərdə olan Bayden “Ukraynaya Bradley PDM-i veriləcəkmi” sualına “Bəli” cavabını verib.
Prezident bu maşınların Ukraynaya nə vaxt çatdırılacağı və başqa məsələlər barədə təfərrüata varmayıb.
Güclü atəş vasitələri ilə silahlandırılmış Bradley zirehli maşınından ABŞ ordusu 1980-ci illərin ortalarından bəri istifadə edir.
2022-ci ilin sonunda ABŞ Konqresinə 2023-cü il üçün müdafiə büdcəsinin layihəsi təqdim olunmuşdu.
Bu büdcədə Ukraynaya 45 milyard dollar məbləğində hərbi yardım da nəzərdə tutulmuşdu.
Bütünlükdə 2022-ci il ərzində ABŞ Kiyevə 120 milyard dollarlıq hərbi yardım verib.
Ukraynaya yeni maliyyə yardımı paketi Avropa İttifaqında da təsdiq olunub.
Avropa İttifaqı Avropa Komissiyasının təqdimatı ilə Ukraynaya 18 milyard avroluq güzəştli kredit paketi verəcək.
Ukrayna bu krediti 2033-cü ildən başlayaraq 35 il müddətində ödəməlidir.
Tərcümə:
Günay