Bu marşrut üzrə qatarların qrafikində bəzi dəyişikliklər edildi - FOTOLAR

  • Müəllif: Günel
  • 18 Avqust 2025 23:35

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.

Bu barədə Gununsesi.info -ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 19 avqustdan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həftəiçi, həmçinin şənbə və bazar günlərində yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.