Abşeronda mağaza YANDI

  • By admin
  • 05 May 2021 09:57

Abşeron rayonunda mağazada yanğın hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Mehdiabad qəsəbəsində ümumi sahəsi 374 m² olan mağazada rəflərə yığılan təsərrüfat malları 1 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info