Abşeronda şəhidlərimizin anım günləri yad edildi - FOTOLAR

Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan Ramid Hacıyev, Elşən Müslümov, Cavid Həsənov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Rəhim Hüseynov, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, İlqar Vəliyev, Fuad Haşımov, Mənsur Əhmədov, İmaməli Hüseynov anım günlərində yad edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.

Gununsesi.info xəbər verir ki, anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini, o cümlədən Xırdalan şəhərində Vətən Mühariəsi şəhidlərinə həsr edilmiş Xatirə Kompleksinin inşa edildiyini vurğulayıb.

HTML tutorial

RİH-nin başçısı Abdin Fərzəliyev o cümlədən, şəhid Samir Muradovun anım günündə Siyəzən rayonunda yaşayan ailəsini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulayıb, həyatlarının hər anında hiss etdikləri qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Gununsesi.info