“Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Kürdəmir rayonunda keçirildi - FOTOLAR

  • By admin
  • 10 Aprel 2023 19:06

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

Aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb. Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub. Aksiyaya qatılan digər 3 sakin isə SOCAR “Azəriqaz” İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

 

Gununsesi.info