Ağ Ev: Çinə rüsumlar 245%-ə çatıb

  • By Admin2
  • 17 Aprel 2025 10:49

Ağ Ev, Çindən idxal edilən bəzi məhsullar üçün tariflərin əvvəllər qüvvədə olan tariflər də daxil olmaqla ümumilikdə 245 faizə çatdığını bildirdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin dünənki memorandumu, Çinin cavab tariflərinin ölkədən idxalın yüzdə 245-ə qədər olan tariflərlə üzləşməsinə səbəb olacağına dair bəyanatı bəzi çaşqınlığa səbəb oldu.

AA-ya danışan Ağ Ev rəsmisi Çindən idxal olunan məhsullara tətbiq edilən tarif dərəcələrinə aydınlıq gətirib.

Qurum rəsmisi qeyd edib ki, 125 faizlik qarşılıqlı tariflərə 20 faizlik fentanil tarifləri və 301-ci maddədəki tariflər daxildir və bu gömrük rüsumları məhsuldan asılı olaraq 7,5 faizlə 100 faiz arasında dəyişir.

Elektrikli nəqliyyat vasitələri və enjektorlar kimi məhsulların 301-ci maddə ilə 100 faiz gömrük rüsumuna məruz qaldığını qeyd edən qurum rəsmisi bu məhsullara fentanil tarifi və qarşılıqlı tariflərin də tətbiq edildiyini və bununla da ümumi gömrük rüsumunun 245 faizə çatdığını bildirib.

Orxan

Gununsesi.info