Bakının Ağ Şəhər ərazisində yerləşən “Neptun” mağazasından alınan məhsulla bağlı vətəndaş narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, vətəndaş Xədicə Kərimli mağazadan aldığı “Nescake” markalı toyuqlu ruletin görüntülərini yayıb.
O, məhsulun vəziyyətindən narazı olduğunu bildirərək məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib-etməmək barədə sual ünvanlayıb.
“Neptun mağazasında yerləşən Nescake-dən belə bir biabırçılıq. Bu, Ağ Şəhərin mərkəzindəki Neptun mağazasından alınmış toyuqlu ruletdir.” – deyə vətəndaş yazıb.
Qeyd edək ki, qida məhsullarının təhlükəsizliyi və qida təhlükəsizliyi tələblərinə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir.
Agentliyin rəsmi əlaqə məlumatlarında 1003 “Qaynar xətt”, (012) 377-00-77 telefon nömrəsi və info@afsa.gov.az elektron poçt ünvanı göstərilir. (Qida Təhlükəsizliyi Agentliyi)
Hazırda məhsulla bağlı AQTA tərəfindən hər hansı yoxlamanın aparılıb-aparılmadığı barədə məlumat yoxdur.
Elmar
Gununsesi.info












