Ağdamda ər-arvad qəzaya düşdü

  • Müəllif: Ayshan
  • 29 Dekabr 2025 11:12

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisindəki yolda qeydə alınıb.

Qəsəbə ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağından gələn “Toyota” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 1973-cü il təvəllüdlü Taleh Mehdiyev və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aliyə Mehdiyeva xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info