Avropa İttifaqı, iki il davam edən araşdırmadan sonra, İlon Maskın sahibi olduğu “X” sosial media platformasına Rəqəmsal Xidmətlər Qanununun (DSA) tələblərini pozduğuna görə 120 milyon avro (təxminən 140 milyon dollar) cərimə kəsib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, bu, DSA çərçivəsində tətbiq olunan ilk cərimədir.
Avropa Komissiyasının açıqlamasına görə, platforma xüsusilə şəffaflıq öhdəliklərini yerinə yetirməyib. Qurum “mavi işarə”nin təqdimatı ilə bağlı “aldadıcı dizayn elementlərindən” istifadə olunduğunu, bunun da istifadəçiləri çaşdırdığını bildirib.
Aİ rəsmiləri vurğulayıblar ki, Böyük Texnologiya şirkətlərinə nəzarətin gücləndirilməsi çərçivəsində atılan bu addım rəqəmsal məkanın daha təhlükəsiz və şəffaf şəkildə idarə edilməsinə xidmət edir.
Şəbnəm












