“Aİ komissarları çərşənbə günü Qəzzada apardığı müharibəyə görə İsrailə qarşı yeni sanksiyalar tətbiq etməyə razılaşacaq”.
Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Paula Pinho jurnalistlərə açıqlamasında bildirib:
“Sabah komissarlar İsraillə bağlı tədbirlər paketi qəbul edəcəklər”.
Qeyd edək ki, yeni sanksiyalar arasında, xüsusilə Aİ ilə İsrail arasındakı müqavilələrdə müəyyən ticarət müddəalarının dayandırılması təklifi də yer alır.
Şəbnəm












