2022-ci ilin fevral ayından Ukrayna hökumətinə Aİ-nin maliyyə yardımı fondu çərçivəsində ümumilikdə 114 milyard avro maliyyə ayrılıb.
Gununsesi.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlayıb.
Bildirilib ki, Avropa İttifaqından (Aİ) Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketinin ilk müntəzəm ödənişi çərşənbə axşamı günü həyata keçirilib.
Avropa Komissiyasının sədri açıqlamada Ukraynaya 4,2 milyard avronun göndərildiyi bildirilib.
Bundan əlavə, 2022-ci ilin fevral ayından etibarən Aİ-nin maliyyə yardımı fondu çərçivəsində Ukrayna hökumətinə ümumilikdə 114 milyard avro maliyyə vəsaitinin ayrıldığı açıqlanıb.
Fevralın 1-də Aİ-yə üzv olan 27 ölkənin liderləri yekdilliklə Ukraynaya 33 milyard avro kredit və 17 milyard avro geri qaytarılmayan yardımdan ibarət maliyyə dəstəyi proqramını təsdiqləyib.
Maliyyə Yardımı paketi martın 1-dən qüvvəyə minib.
Aİ-nin ümumi məbləği 50 milyard avroya qədər qrant və kreditlər ayıracağı dörd illik plan Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsində mühüm rol oynayır.
Avropa Komissiyasının bəyanatı Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın Rusiyaya qarşı başlatdığı Kursk əməliyyatını ilk dəfə etiraf etməsindən sonra baş verib.
Şəbnəm
Gununsesi.info