Akademik Yaqub Mahmudov mühüm uğura imza atıb

  • By Günel
  • 24 Yanvar 2025 22:24
AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov “Google Scholar”da “Azərbaycan tarixi” (History of Azerbaijan) üzrə 18 alim arasında 1-ci yeri tutub.
Gununsesi.info xəbər verir ki, Yaqub Mahmudovun əsərlərinə 400-dən çox istinad edilib. Ən çox istinad isə onun “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” (Bakı, 1991) adlı əsərinədir.
Qeyd edək ki, tarixçi alimin əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.
Gununsesi.info