Aleksandr Lukaşenko ölkədə vəziyyətin sabitləşdiyini deyib

  • By admin
  • 28 Avqust 2020 14:29

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə vəziyyətin sabitləşdiyini deyib. 

Gununsesi.info-nun BelTa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko “Savuşkin-Orşa” MMC-də görüş zamanı deyib.
“Belarusda etirazlar sona çatdı, iqtisadiyyatla məşğul olmağın vaxtıdır”, -deyə Lukaşenko bildirib.
O qeyd edib ki, Belarusda insanlar fikirlərinə görə təzyiqə məruz qalmayacaq: “Burada çox sayda jurnalist var. Onların yarısı hökumətin fikirləri ilə razılaşmaya və fərqli fikirlərə ola bilər. Bununla belə, ölkənin xaricdən böyük bir təhlükə ilə üz-üzə qaldığı vaxtda onlar tətillərə getmirlər. Hazırda bu mübahisələrə ehtiyac duymuruq. İqtisadi sektora diqqət yetirməliyik”, Belarus Prezidenti deyib.
Gununsesi.info