Almatıda SON DURUM: İnterent işləmir, sosial şəbəkələr bloklanıb – VİDEO

  • By admin
  • 05 Yanvar 2022 11:57

Ötən gecə etirazçılarla təhlükəsizlik qüvvələri arasında iğtişaşların baş verdiyi Almatı şəhərində Respublika meydanı zirehli hərbi maşınlarla hasarlanıb, kommunal xidmətlər hadisələrin nəticələrini aradan qaldırır.

Gununsesi.info  xəbər verir ki, hazırda şəhərdə mobil interent hələ də işləmir, messencer bloklanıb.

İğtişaşların yenidən başlanması təhlükəsilə meydana hərbçilər yerləşdirilib.

Ofisləri meydana yaxın yerləşən təşkilatların rəhbərlikləri işçilərini evdən işləməyə göndəriblər.

Bu arada, Qazaxıstan Prezidenti Almatı vilayətində fövqəladə vəziyyət elan edilməsilə bağlı əmr imzalayıb.

Gununsesi.info