Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info