Ankara İdarə Məhkəməsi bu ölkədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəylinin üzərinə qoyulmuş G-82 kodunun (Terrorçu təşkilata üzv olma) dəqiqləşdirilməsi ilə bağlı İstanbul Valiliyinə sorğu göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə Hacıbəyli özünün sosial şəbəkə səhifəsində yazıb.
“Xatırladım ki, G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”.
Gültəkin Hacıbəyli daha sonra Türkiyə MİT başqanına müraciət edib.
“Türkiyə MİT-i məni niyə və hansı əsasla terrorçu hesab edir” sualı ilə başlayan müraciətdə sabiq deputat barəsində ədalətli qərar verilməsini xahiş edib.
Afət
Gununsesi.info












