Yazıçı Aqşin Yenisey Səfəvi irsi, Azərbaycan cəmiyyətinin tarixi kimliyi və modernləşmə prosesi ilə bağlı mülahizələrini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, İranın özünü Səfəvilər dövlətinin siyasi-ideoloji varisi hesab etməsini təbii sayır və Səfəvilərin Azərbaycan tarixindəki rolu ətrafında müzakirələrin davam etdiyini vurğulayıb.
Yazıçı Yaponiyanın Meydzi dövrünü nümunə göstərərək qeyd edib ki, yaponlar təhsil vasitəsilə milli şüuru yeniləməklə modern dövlət qurmağa nail olublar.
Onun sözlərinə görə, Azərbaycanda isə fərqli tarixi proses yaşanıb:
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq. Dava və seçim də başımızla ruhumuz arasında gedir”.
Aqşin Yenisey hesab edir ki, müasir düşüncə ilə orta əsr siyasi və ideoloji təfəkkürü arasında ziddiyyət mövcuddur.
O, cəmiyyətin inkişafı üçün orta əsr düşüncə tərzindən uzaqlaşmağın vacibliyini vurğulayıb.
Elmar











