Arutyunyandan Hadrutla bağlı təxribat xarakterli AÇIQLAMA

  • By admin
  • 13 Mart 2021 14:25

Keçmiş və qondarma “dqr”in terrorçu-separatçı lideri Arayik Arutyunyan təxribat məzmunlu açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, o, Azərbaycanın işğaldan azad etdiyi Ağoğlan qəsəbəsindən (Hadrut) imtina etmək niyyətində olmadıqlarını bildirib.

A.Arutyunyan mübarizənin dinc və danışıqlar yolu ilə davam etdiyini qeyd edib və müharibənin yenilənməsi təhlükəsi olmadığını bildirib: “Heç kim uzun müddətli bir sülh perspektivinə şübhə etmir, xüsusilə də Rusiya sülhməramlı kontingentinin mövcudluğu nəzərə alınaraq”.

Qeyd edək ki, sepataçı rejimin işğaldan azad edilmiş Dağlıq Qarabağ bölgəsində heç bir səlahiyyəti yoxdur. Rejim bu tipli açıqlamalarının əsas niyyəti Ermənistana köç etmək istəyən erməniləri Qarabağda qalmaq üçün şirnikləndirməkdir.

Gununsesi.info