Nazir onu Bakı Dövlət Sirkinə direktor TƏYİN ETDİ

  • By admin
  • 13 Mart 2021 13:40

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Bununla bağlı mədəniyyət naziri Anar Kərimovmüvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmir Hüseynov sirkin direktoru vəzifəsinə təyinat alıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə faktı “Report”a təsdiqləyib.

Qeyd edək ki, E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.

Azərbaycanda və xaricdə keçirilən çoxsaylı treninq və tədqiqat turlarında iştirak edib. 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Qeyd edək ki, Bakı Dövlət Sirkinin əvvəlki direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə bir neçə gün əvvəl 67 yaşında vəfat edib. (report)

Gununsesi.info