
Astarada məkətəbdən evə gedərkən itkin düşən 3-cü sinif şagirdi tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, itkin düşən azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
Astarada məkətəbdən evə gedən 3-cü sinif şagirdi itkin düşüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Maşxan kənd ərazisində baş verib.
Belə ki, kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin itkin düşdüyü bildirilir.
Hazırda kənd sakinləri uşağın axtarışını davam etdirirlər.