Ata Abdullayev DTX-nın keçirdiyi əməliyyat zamanı tutulub

  • By admin
  • 13 Mart 2021 12:13

Özünü videobloger kimi təqdim edən Ata Abdullayev  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ata Abdullayev məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş.

O, çoxsaylı şikayətlər əsasında iş başında tutulub.

Sabah isə Ata Abdullayevin məhkəməsi keçiriləcək.

Gununsesi.info-nun araşdırmaları zamanı məlum olub ki, Ata Abdullayevə Cinayət Məcəlləsinin 182- ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) cinayət işi açılıb.

Gununsesi.info