Avrokubok finallarını idarə edəcək hakimlər bəlli oldu

  • By admin
  • 13 May 2021 08:01

UEFA Avrokubok turnirlərinin final matçlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, “Mançester Siti” və “Çelsi” arasında keçiriləcək Çempionlar Liqasının həlledici qarşılaşmasının baş hakimi ispaniyalı Antonio Migel Mateu Laos olacaq.

Avropa Liqasının “Vilyareal” və “Mançester Yunayted” arasında baş tutacaq final oyununu isə fransalı referi Kleman Tyürpen idarə edəcək.

Qeyd edək ki, Avroliqa finalı mayın 26-da, Çempionlar Liqası finalı isə mayın 29-da keçiriləcək.

Gununsesi.info