Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında təklif etdiyi sülh planına qarşı çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kallas
“Hər hansı razılaşmanın uğurlu olması üçün hem ukraynalıların, həm də avropalıların dəstəyi vacibdir deyə əlavə edib:”Aydındır ki, istənilən planın işləməsi üçün ukraynalılar və avropalılar onun arxasında dayanmalıdır. Münaqişədə “bir aqressor və bir qurban var” və Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.
Əgər Rusiya həqiqətən sülh istəyirdisə, şərtsiz atəşkəsə çoxdan razılıq verə bilərdi. Amma bu gecə də mülki əhali bombalanır.
Avropa İttifaqı ABŞ-ın hazırladığı plana cəlb edilməyib”.
Günay Mahirqızı











