“Ukrayna prezidentinə qarşı müəyyən təzyiqlər həyata keçirilir. Xüsusilə ABŞ tərəfindən korrupsiya ilə bağlı Anti-Korrupsiya Bürosunun apardığı yoxlamalar, Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermakın istefaya məcbur edilməsi cəhdləri, eləcə də Zelenskinin özünə yönələn təzyiqlər bunu göstərir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Lakin düşünmürəm ki, Zelenski istefaya gedəcək. Çünki onun istefası Ukraynanın zəifləməsinə, cəbhə xəttinin geri çəkilməsinə və ölkə daxilində ciddi fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər”.
Məhəmməd Əsədullazadənin fikrincə, hazırda danışıqlar prosesi sürətlənib və müsbət nəticənin əldə olunması üçün Ukraynada güclü və sabit prezident hakimiyyətinin olması vacibdir.
“Zelenski də məhz bu kateqoriyaya aid liderdir. Hesab edirəm ki, ona qarşı təzyiqlər həm ABŞ, həm də Rusiya tərəfindən həyata keçirilir.
Bununla belə, düşünürəm ki, Avropa İttifaqı Zelenskinin istefasına imkan verməyəcək”.
“Zelenski bu həftə gedəcək. Mənə məlumat verildi ki, Zelenskiyə bu həftə getmək əmri verilib”,-deyə o bildirib.
Şəbnəm Rəhimova












