Avropa Kuboku: Azərbaycan klubu Kipr təmsilçisinə qalib gəlib

  • Müəllif: Admin08
  • 24 Sentyabr 2025 21:11

Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki,  Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi “Anortosis”ə qalib gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin 89:71 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

Gununsesi.info