Avropa Məhkəməsi Saakaşvilinin şikayətini qəbul etmədi

  • By admin
  • 01 Aprel 2022 21:56

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin penitensiar sistemdən şikayətini baxılan işlərin siyahısından çıxarıb.

Gununsesi.info-nun  yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məhkəmənin rəyinə əsasən, insan hüquqlarının müdafiəsi baxımından şikayətə baxılmanı tələb edən xüsusi hal yoxdur: “Bu qərar bir daha təsdiqləyir ki, penitensiar müəssisədə Mixeil Saakaşvili ilə rəftar və onun müalicəsi Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara tam uyğundur, onun hüquq və maraqları tam qorunur”.

Qeyd edək ki, M.Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyi şikayətdə penitensiar müəssisədə onunla pis rəftar edildiyini və düzgün müalicə olunmadığını iddia edirdi.

Xatırladaq ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.

Gununsesi.info