Avropa NATO-nun sınağından keçmədi - ABŞ

Prezident Donald Tramp hesab edir ki, İrana qarşı müharibədə Avropa ABŞ-a yardım etməməklə NATO-nun sınağından keçə bilmədi.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolina Levitt deyib.

“Avropalılardan çox söz-söhbətlər eşidirik. Təəssüf ki, kifayət qədər fəaliyyət görmürük. Trampa gəldikdə isə, onun baxış bucağına görə, NATO-nu yoxladı və sınaqdan keçmədilər. Onlar müdafiə üçün köməyə gəlmədi və qüvvələrini ABŞ-la birləşdirmədi”, – deyə o bildirib.

Gununsesi.info