Avropadan Ukraynaya dəstək

  • By admin
  • 08 May 2021 11:31

Moskva-Kiyev sərhədində gərginlik davam edərkən ABŞ-dan sonra Avropadan da Ukraynaya dəstək gəlib.

Gununsesi.info xəbər verir ki, Avropa İttifaqına üzv Belçika, Niderland və Lüksemburqun xarici işlər nazirləri Kiyevə səfər ediblər.

Hər 3 ölkənin rəsmiləri rusiyapərəst separatçılarla toqquşmaların baş verdiyi Donbass bölgəsini ziyarət ediblər və vəziyyət barədə məlumat alıblar.

XİN rəhbərləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini xatırladaraq bu məsələdə dialoqun yeganə həll yolu olduğunu vurğulayıblar.

Gununsesi.info