Avstraliyada təyyarə qəzaya uğradı: Pilot öldü

  • By Admin2
  • 15 Aprel 2025 12:17

Avstraliyanın Yeni Cənubi Uels əyalətində təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABC News-un məlumatına görə, fövqəladə xidmətlər Avstraliyada yerli vaxtla səhər saat 7:15 radələrində təyyarə qəzası barədə məlumat alıb .

Təyyarə Broken Hilldən təxminən 260 kilometr şimal-şərqdə, White Cliffs uçuş-enmə zolağında qəzaya uğrayıb və pilot ölüb, polis bildirib.

Təyyarədə pilotdan başqa sərnişinin olmadığı bildirilən açıqlamada təyyarənin modeli ilə bağlı təfərrüatlar verilməyib.

Orxan

Gununsesi.info